Səudiyyə Ərəbistanı və BƏƏ Asiya ölkələrinin neft ehtiyatlarını artırmalarına dəstək olacaq

A- A A+

Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Asiya ölkələrinin strateji neft ehtiyatlarını artırmalarına dəstək olacaq.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, bununla neft ehtiyatları kifayət qədər olmayan həmin ölkələrin idxaldan asılılığının azaldılması hədəflənir.

Yaponiyanın rəhbərlik etdiyi və 11 ölkədən ibarət Asiya Sıfır Emissiya Assosiasiyası cümə axşamı günü Filippində nazirlər səviyyəsində görüş keçirəcək.

Səudiyyə Ərəbistanı və BƏƏ hökumətlərinin yüksəkvəzifəli rəsmilərinin xüsusi məsləhətləşmələrdə iştirak edəcəyi və neft ehtiyatlarının artırılması üzrə əməkdaşlıq niyyətlərini açıqlayacaqları gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: