Cənubi Koreyada balıqçı gəmisi aşıb, 9 nəfər xilas edilib

A- A A+

Göyərtəsində 11 nəfərin olduğu balıqçı gəmisi Cənubi Koreyanın ən böyük vulkanik adası və əsas kurortu olan Çedju sularında aşıb.

NUHÇIXAN-ın "Yonhap" agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yerli hakimiyyət orqanları bildirib.

İnsident nəticəsində 9 nəfər xilas edilib, daha iki nəfər itkin düşüb.

Çedju adasının sahil mühafizə xidmətinin məlumatına görə, 29 tonluq balıqçı gəmisi bu gün səhər saatlarında aşıb, 9 nəfər – 8 indoneziyalı və 1 vyetnamlı xilas edilib. Onların vəziyyəti sabit olaraq qiymətləndirilir. Digər 2 nəfər - cənubi koreyalı kapitan və İndoneziyadan olan bir heyət üzvü isə itkin düşüb.

Hakimiyyət orqanları axtarış-xilasetmə əməliyyatların aparılması üçün hadisə yerinə helikopterlər və patrul gəmiləri göndərib. Həmçinin Hərbi Dəniz Qüvvələrinin 1 gəmisi və bir neçə mülki balıqçı gəmisi səfərbər edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: