Yaxın Şərqdən neft ixracının həcmi müharibədən əvvəlki səviyyəni ötüb

A- A A+

İran istisna olmaqla, Yaxın Şərqdən neft ixracının həcmi ötən həftə müharibədən əvvəlki səviyyəni keçib.

NUHÇIXAN xəbər verir ki, bu barədə dəniz nəqliyyatının hərəkətini izləyən “Kpler” şirkətinin məlumatlarında bildirilir.

İran müharibəsinin fevralın sonlarında başlamasından sonra ilk dəfə olaraq, ötən həftə Körfəz ölkələri və İraqdan Hörmüz boğazı vasitəsilə daşınan xam neftin həftəlik orta axını ardıcıl bir neçə gün ərzində artaraq müharibədən əvvəlki gündəlik 18 milyon barel səviyyəsini ötüb.

Bu həcmlərə Qırmızı dəniz vasitəsilə həyata keçirilən neft ixracı da daxildir. Bu marşrutdan Hörmüz boğazından yan keçmək üçün getdikcə daha çox istifadə olunur.

Hörmüz boğazı vasitəsilə neft daşımalarının bərpası ilə yanaşı, alternativ marşrutlar da tam gücü ilə fəaliyyət göstərir.

Səudiyyə Ərəbistanı ölkənin şərqindəki əsas neft yataqlarını qərbdə Qırmızı dəniz sahilində yerləşən Yanbu limanı ilə birləşdirən Şərq-Qərb kəmərini yenidən işə salıb. Birləşmiş Ərəb Əmirliklərinin də Hörmüz boğazına alternativi var. Bu, boğazdan kənarda yerləşən Fuceyrə terminalına qədər uzanan neft kəməridir.

Yaxın Şərqdən xam neft ixracının artması və “Böyük Yeddilik” (G7) ölkələrinin neft ehtiyatlarından istifadə etməsi fonunda neft qiymətləri aşağı düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: