Türkiyə milli valyuta ilə ticarətin həcmini artırır

A- A A+

2026-cı ilin yanvar-sentyabr aylarında türk lirəsi ilə xarici ticarət əməliyyatları 1,2 trilyon lirə təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13 faiz artım deməkdir.

NUHÇIXAN bu barədə Türkiyə Ticarət Nazirliyinin məlumatlarına istinadla xəbər verir.

İlk doqquz ayda türk lirəsi ilə ixrac 300 milyard lirəni (artım 23,4 faiz), idxal isə 900 milyard lirəni (artım 9,8 faiz) keçib.

Türk lirəsi ilə ən aktiv əməliyyatlar bu ilin aprel və sentyabr aylarında aparılıb.

Türkiyə Ticarət Nazirliyi bildirib ki, milli valyuta ilə ticarət həcmlərinin artması türk lirəsinə inamın göstəricisidir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: