Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir

A- A A+

Moldova hökuməti 2028-ci ilin əvvəlinə qədər Aİ-yə üzvlüklə bağlı danışıqlar üçün texniki hazırlıqları başa çatdırmaq üzərində işləyir ki, ölkə 2030-cu ildə üzvlüyə hazır olsun.

NUHÇIXAN xəbər verir ki, bu barədə Moldovanın Baş naziri Vasile Tofan oktyabrın 5-də Brüsseldə keçirilən Moldova-Aİ Assosiasiya Şurasının iclasından sonra bildirib.

Medianın məlumatına görə, Moldova 2030-cu ildə Aİ-yə qoşulmağı və 2028-ci ilin əvvəlinə qədər üzvlük danışıqlarını başa çatdırmağı hədəfləyir.

Baş nazir Tofan xatırladıb ki, bu yay Moldova üçün 1-ci və 6-cı klasterlər açılıb.

“Biz ilin sonuna qədər qalan klasterləri açmaq və aralıq meyarlara vaxtında cavab vermək üçün çalışırıq”, - deyə o vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: