Almaniya 2027-ci ildən plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır

A- A A+

Almaniya hakimiyyəti 2027-ci ilin iyulundan plastik qablaşdırmaya vergi tətbiq etməyi planlaşdırır.

NUHÇIXAN DPA agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühit və Maliyyə nazirlikləri tərəfindən hazırlanmış qanun layihəsində qeyd olunub. Sənədə əsasən, plastik qablaşdırmanın hər tonuna görə 550 avro rüsum tutulacaq.

Vergi plastik qablaşdırma və plyonkalara, həmçinin tərkibində plastik payı 5 faizdən çox olan qarışıq qablaşdırma materiallarına şamil ediləcək. Yeni qaydalar qablaşdırma və daşınma qablarını, qapaqları, bağlayıcıları və plastik kapsulaları da əhatə edəcək.

İstehsalçılar qablaşdırma 100 faiz təkrar emal olunmuş plastikdən hazırlandıqda vergi güzəşti üçün müraciət edə biləcəklər. Layihənin 2027-ci ildə federal büdcəyə 805 milyon avro, 2028-ci ildən isə ildə təxminən 1,5 milyard avro gəlir gətirəcəyi gözlənilir.

Qanun layihəsinin əsas məqsədinin plastik istehlakını azaltmaq üçün iqtisadi stimullar yaratmaq olduğu bildirilir. Sənəd hazırda hökumət daxilində razılaşdırılır və bundan sonra Bundestaqa təqdim ediləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: