ABŞ hipersəs raketinin uçuş sınağını keçirib

A- A A+

ABŞ Hərbi Hava Qüvvələri HACM hipersəs raketinin ilk uğurlu uçuş sınağını keçirib.

NUHÇIXAN xəbər verir ki, “The War Zone” ABŞ Hərbi Hava Qüvvələrinin nümayəndəsinə istinadla məlumat yayıb.

Bildirilib ki, sınaq ABŞ və Avstraliya arasında əməkdaşlıq çərçivəsində uzunmənzilli zərbə imkanlarının inkişaf etdirilməsi məqsədilə keçirilib. Avstraliya Kral Hərbi Hava Qüvvələri sınaq zamanı raketin imkanlarının qiymətləndirilməsi üçün məlumatlar toplayıb.

Nəşrin məlumatına görə, sınaq Avstraliyadakı Vumera poliqonunda keçirilib. Raketin buraxıldığı təyyarə və sınağın dəqiq tarixi açıqlanmayıb.

Açıq mənbələrə əsasən, HACM-in uçuş məsafəsinin təxminən 500 kilometr, sürətinin isə 7 Maxa çatacağı gözlənilir. Raketin F-15E “Strike Eagle” və F/A-18F “Super Hornet” qırıcılarından buraxılması nəzərdə tutulur.

ABŞ Hərbi Hava Qüvvələri 2027-ci ilin sonunadək HACM raketlərinin məhdud həcmdə istehsalına başlamağı planlaşdırır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: