Türkiyədə korrupsiyaya görə 2-si bələdiyyə sədri olmaqla 16 nəfər həbs edilib

A- A A+

Türkiyənin Mersin Böyükşəhər Bələdiyyəsi, o cümlədən Yenişehir və Mezitli bələdiyyələrinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində saxlanılan 60 nəfərdən 16-sı həbs edilib.

NUHÇIXAN xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, həbs olunanlar arasında Yenişehir bələdiyyə sədri Abdullah Özyiğit və Mezitli bələdiyyə sədri Ahmet Serkan Tuncer də var.

Qeyd edək ki, Mersin Respublika Baş Prokurorluğu tərəfindən Mersin Böyükşəhər Bələdiyyəsinə qarşı aparılan korrupsiya istintaqı çərçivəsində əvvəlcə 59 nəfər saxlanılmışdı. İstintaq çərçivəsində daha bir nəfərin saxlanma qərarı çıxarılaraq şübhəli sayı 60 olmuşdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: