İstanbulda orta məktəb şagirdi həmyaşıdlarına bıçaqla hücum edib: 5 nəfər yaralanıb

A- A A+

İstanbulun Başakşehir rayonunda orta məktəblərdən birində şagird bıçaqla həmyaşıdlarına hücum edib.

NUHÇIXAN Türkiyə mediasına istinadla xəbər verir ki, ilkin məlumatlara görə, Şeyx Şamil adına məktəbin 5 şagirdi yaralanıb. Yaralanan qızlar xəstəxanaya çatdırılıb, məktəblilər təhsil müəssisəsindən təxliyə olunublar.

İstanbul valiliyi bildirib ki, yerli vaxtla saat 08:40-da baş verən insidentin səbəbi şagirdlər arasında mübahisə olub.

Hücum edən şagird polis tərəfindən saxlanılıb. 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: