BMT-nin Baş katibi Pakistanda səfərdədir

A- A A+

Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreş oktyabrın 6-da İslamabada səfərə gəlib.

NUHÇIXAN xəbər verir ki, Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, BMT-nin rəhbəri Baş nazirin müavini və xarici işlər naziri İshaq Darın dəvəti ilə 6-8 oktyabr tarixlərində Pakistana səfər edir.

Nazirlik “X” sosial media platformasındakı paylaşımında qeyd edib ki, Baş katibi Xarici İşlər Nazirliyinin katibi vəzifəsini icra edən səfir Nabil Munir qarşılayıb.

Səfər BMT-nin rəhbəri kimi Quterreşin 10 illik səlahiyyət müddətinin dekabrın 31-də başa çatacağı ərəfədə həyata keçirilir. Pakistan XİN-in məlumatına görə, səfər çərçivəsində Quterreşin Prezident Asif Əli Zərdari, Baş nazir Şahbaz Şərif, Baş nazirin müavini və xarici işlər naziri İshaq Dar, həmçinin Silahlı Qüvvələrin Baş Qərargah rəisi, feldmarşal Asim Munirlə görüşləri nəzərdə tutulub.

Quterreşin, həmçinin BMT-nin Hindistan və Pakistandakı Hərbi Müşahidəçi Qrupunun (UNMOGIP) ofisinə baş çəkməsi və Milli Fəlakətlərin İdarə Edilməsi Agentliyinin (NDMA) qərargahında keçiriləcək brifinqdə iştirak etməsi planlaşdırılır.

Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub ki, Quterreşin səfəri zamanı Pakistanın çoxtərəfliliyin, eləcə də beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətindəki səyləri, həmçinin fəlakətlərə hazırlıq və erkən xəbərdarlıq sahəsindəki addımları xüsusi vurğulanacaq. “Səfər Pakistanın BMT ilə uzunmüddətli əməkdaşlığını bir daha təsdiqləmək, regional, eləcə də beynəlxalq proseslərlə bağlı fikir mübadiləsi aparmaq üçün mühüm imkan yaradacaq” -deyə XİN vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: