Bolqarıstan sahillərində 2 gəmi hücuma məruz qalıb

A- A A+

Qara dənizdə, Bolqarıstanın müstəsna iqtisadi zonasında dronlar iki ticarət gəmisinə hücum edib. İnsidentlə əlaqədar ölkənin Baş naziri Rumen Radev təcili iclas çağırır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Bolqarıstan mediası məlumat yayıb.

İclasda müdafiə, daxili işlər, nəqliyyat, ətraf mühit və su ehtiyatları nazirliklərinin, prezident administrasiyasının və təhlükəsizlik xidmətlərinin nümayəndələri iştirak edəcəklər.

Bildirilib ki, hücumların hədəfi Toqo bayrağı altında üzən ALFA WATAN və Palau bayrağı altında üzən ABLE olub. ALFA WATAN gəmisi kritik struktur zədələri alıb və Bolqarıstan sahilindən şərqdə batıb. Heyətin taleyi haqqında hələlik məlumat yoxdur. Axtarış-xilasetmə əməliyyatı aparılır.

Hücum nəticəsində ABLE gəmisinin göyərtəsində yanğın baş verib. 18 nəfərdən ibarət olan bütün heyət Bolqarıstanın DIOSCURIA bərəsinə uğurla təxliyə edilib. Xilas edilənlər arasında yaralılar olub və onlara bərənin göyərtəsində ilk yardım göstərilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: