Buxarada Samanilər dövrünə aid məscid bəzəkləri aşkarlanıb

A- A A+

Özbəkistanın Buxara şəhərində üzərində Kufi yazıları olan Samanilər dövrünə aid suvaq panellərinin fraqmentləri tapılıb.

NUHÇIXAN Uza informasiya agentliyinə istinadla xəbər verir ki, Özbəkistan-ABŞ beynəlxalq arxeoloji ekspedisiyasının mütəxəssisləri bu fraqmentlərin qədim məscidin memarlıq dekorasiyasının bir hissəsi olduğunu müəyyənləşdiriblər.

Mütəxəssislərin sözlərinə görə, tapıntı Samanilər dövründə Buxaranın memarlıq xüsusiyyətlərinin, xüsusilə suvaq oyma və epiqrafik-dekorativ sənət ənənələrinin öyrənilməsi baxımından əhəmiyyətlidir.

Hazırda zəif vəziyyətdə olan suvaq fraqmentlərinin bərpası və qorunması üzrə işlər aparılır. Arxeoloji qazıntılar davam etdirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: