Mixail Kaluqin: Moskva İrəvanla Rusiya hərbi bazasının Ermənistanda qalma məsələsini müzakirə etməyə hazırdır

A- A A+

Rusiya Ermənistanın ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri ilə bağlı konkret müzakirə aparmaq təklifi çərçivəsində Gümrüdəki hərbi bazaya dair bütün məsələləri nəzərdən keçirməyə hazırdır.

NUHÇIXAN xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə dördüncü departamentinin direktoru Mixail Kaluqin “RİA Novosti”yə müsahibəsində bildirib.

“Ermənistanda yerləşdirilmiş hərbi baza ilə bağlı Rusiyanın mövqeyini daha əvvəl Prezident Vladimir Putin aydın ifadə edib. Müzakirələr Rusiya hərbi kontingentinin Ermənistanda qalmasını tənzimləyən müvafiq müqavilə və sazişlər əsasında aparılmalıdır”, – deyə o vurğulayıb.

Bununla yanaşı, M.Kaluqinin sözlərinə görə, Ermənistan nümayəndələri vəziyyəti elə təqdim etməyə çalışırlar ki, guya Rusiya hərbi bazasının bu ölkədə davamlı qalma məsələsinin müzakirəsinə Moskva təşəbbüs göstərib: “Bazanın ölkədən mümkün çıxarılmasına görə məsuliyyəti Moskvanın üzərinə qoymaq cəhdləri Ermənistanın hazırkı siyasi düşüncəsinin maraqlı bir xüsusiyyətini əks etdirir. İrəvandakı hakim elita çox vaxt ən mühüm qərarların xarici aktorlar tərəfindən qəbul ediləcəyini gözləyir”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: