ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər

A- A A+

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu əvvəlki səviyyəyə qaytarmaya bilər.

NUHÇIXAN xəbər verir ki, “The Intercept” qəzeti ABŞ administrasiyasının adları açıqlanmayan rəsmilərinə istinadla bu barədə məlumat yayıb.

Nəşrin məlumatına görə, İranın ABŞ-nin regiondakı hərbi bazalarına endirdiyi zərbələr ciddi dağıntılara səbəb olub və Amerika Silahlı Qüvvələrinin fəaliyyətini əhəmiyyətli dərəcədə məhdudlaşdırıb.

Qəzet qeyd edir ki, bəzi əsas ABŞ hərbi bazalarına dəyən zərərin miqyası Vaşinqtonun regiondakı əvvəlki hərbi mövcudluğunu tam bərpa etməsini çətinləşdirə bilər.

Münaqişə zamanı ABŞ-nin onlarla hərbi təyyarəsi, o cümlədən dörd F-15 qırıcısı, 12 KC-135 yanacaqdoldurma təyyarəsi və 30 MQ-9 “Reaper” pilotsuz uçuş aparatı zədələnib və ya məhv edilib

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: