Türkiyənin İstanbul şəhərində investisiya vədi ilə beynəlxalq səviyyədə "Forex dələduzluğu" həyata keçirdikləri müəyyən edilən 95 şübhəli saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Məlumata görə, İstanbul Polis İdarəsinin Kibercinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları beynəlxalq səviyyədə törədilən dələduzluq hallarının müəyyənləşdirilməsi və qarşısının alınması məqsədilə əməliyyat keçirib.
Araşdırmalar zamanı şəhərin Şişli və Beyoğlu rayonlarında investisiya adı altında "Forex dələduzluğu" həyata keçirildiyi müəyyən olunub: "Əməliyyat-axtarış tədbirləri başa çatdıqdan sonra müəyyən edilən ünvanlara keçirilən axtarışlar zamanı 95 şübhəli saxlanılıb".
Qeyd edək ki, "Forex" müxtəlif ölkələrin valyutalarının alınıb-satıldığı beynəlxalq valyuta bazarıdır.
