Pakistanın şimal-qərbində keçirilən əməliyyat zamanı 13 terrorçu öldürülüb.
NUHÇIXAN “Associated Press of Pakistan” informasiya agentliyinə istinadla xəbər verir ki, əməliyyat Xayber Paxtunxva əyalətinin Şimali Vəziristan rayonunda kəşfiyyat məlumatları əsasında həyata keçirilib.
Bildirilib ki, təhlükəsizlik qüvvələri terrorçuların sığınacaqlarını hədəfə alaraq 13 nəfəri öldürüb.
Pakistanın Baş naziri Şahbaz Şərif əməliyyatda iştirak edən təhlükəsizlik qüvvələrini təbrik edib.
