ABŞ-nin Moskvadakı səfirliyi təkrar müraciətində Amerika vətəndaşlarını Rusiyaya səyahət etməkdən çəkinməyə və onun ərazisində olan amerikalıları bu ölkəni tərk etməyə çağırıb.
NUHÇIXAN xəbər verir ki, bu xəbərdarlıq oktyabrın 6-da ABŞ diplomatik nümayəndəliyinin veb-saytında dərc olunmuş bildirişdə edilib.
Bildirişdə qeyd olunur ki, səfirlik İrkutsk vilayətində ölümcül pnevmoniya taunu hadisəsi ilə bağlı mediada yayılan məlumatlardan, eləcə də bununla bağlı karantin tədbirləri və xəstəxanaların bağlanmasından xəbərdardır. Diplomatik nümayəndəlik vəziyyəti yaxından izləməyə davam edir.
İrkutsk vilayətindəki Amerika vətəndaşlarına yerli səhiyyə orqanlarının təlimatlarına əməl etmələri, karantin məhdudiyyətlərinin tətbiq olunduğu səhiyyə müəssisələrinə baş çəkməkdən çəkinmələri və qızdırma və ya tənəffüs yolu simptomları yarandıqda dərhal tibbi yardım almaları tövsiyə olunur.
Səfirlik, həmçinin Rusiyada, xüsusən də Moskvadan kənarda ABŞ vətəndaşlarına tibbi yardım göstərmək üçün məhdud imkanlarını xatırladıb.
