Fransada dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır

A- A A+

Fransanın dövlət maliyyəsi ilə bağlı narahatlıqlar artır. Ölkə hazırda borclanma üzrə Avrozonanın ən yüksək faiz dərəcələrindən biri ilə üzləşir və dövlət istiqrazlarının gəlirliliyi 5 faizə yaxınlaşır. Bu göstərici Fransa üçün əvvəllər “periferik” sayılan İtaliya və Yunanıstandan daha yüksəkdir.

NUHÇIXAN xəbər verir ki, Fransanın dövlət borcu artıq 3 trilyon 595,5 milyard avroya, yəni ÜDM-in 119 faizinə çatıb. İlin sonuna bu göstəricinin 121 faizi keçə biləcəyi gözlənilir. Borcun xidmət xərclərinin də artması dövlətin gələcək illərdə daha çox vəsait borc almasına səbəb olacaq.

Analitiklərin diqqət çəkdiyi əsas məqamlardan biri Fransa ilə Almaniya arasında 10 illik dövlət istiqrazlarının gəlirliliyi fərqidir. Bu fərq 141 baza bəndinə çatıb və 2011-ci ildən bəri ən yüksək səviyyələrdən biridir.

“Barclays” analitiklərinə görə, Fransa artıq investorların nəzərində Avrozonanın “periferik ölkələri”nə daha çox yaxınlaşır. İnvestorlar ölkənin artan borcu, büdcə kəsiri və zəif iqtisadi artımı fonunda daha yüksək gəlir tələb edirlər.

Bununla belə, bank Fransanın maliyyə sisteminin hələ də möhkəm olduğunu bildirir. Əsas problem isə dövlət maliyyəsinin dayanıqlılığı və borcun sürətlə artması olaraq qalır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: