Konqoda Ebolaya yoluxanların sayı 8 665-ə çatıb

A- A A+

Konqoda Ebola qızdırmasına təsdiqlənmiş yoluxma hallarının sayı artaraq 8 665-ə çatıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə İnstitutunun məlumatında bildirilib.

Hesabata əsasən, ölənlərin sayı 4 178 nəfər olub.

"Cavab tədbirləri 7 əyalətdə və zərərçəkmiş 64 rayonda davam edir: 8 665 təsdiqlənmiş yoluxma halı qeydə alınıb, 890 xəstə təcrid və stasionar şəraitindədir, 2 259 nəfər sağalıb", - deyə məlumatda qeyd edilib.

Daha əvvəl Konqonun səhiyyə naziri Samuel Roje Kamba Ebola epidemiyasının hakimiyyət tərəfindən tam nəzarətə götürüldüyünü bəyan etmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: