Fransada şagirdlərin etiraz aksiyaları zamanı qumbaralardan istifadə müvəqqəti qadağan edilib

A- A A+

Fransada lisey şagirdlərinin etiraz aksiyaları zamanı səs-küylü qumbaralardan istifadə müvəqqəti olaraq dayandırılıb. Milli polis baş direktorunun qərarına əsasən, qadağa Lens şəhərində 15 yaşlı şagirdin polis qumbarasının partlaması nəticəsində əlini itirməsi ilə bağlı araşdırmanın nəticələri açıqlanana qədər qüvvədə olacaq.

NUHÇIXAN xəbər verir ki, hadisə bazar ertəsi Pas-de-Kale departamentinin Lens şəhərində, Béhal liseyinin qarşısında baş verib. Şagirdin sol əli amputasiya edilib, sağ əlinə transplantasiya əməliyyatı aparılıb, üz və döş qəfəsindən xəsarətlər alıb. Hadisənin dəqiq şəraiti hələ müəyyən edilməyib. IGPN araşdırması qumbaranın yeniyetmə tərəfindən götürülüb-götürülmədiyini və ya onun üzərinə düşdüyünü, həmçinin atəşin qaydalara uyğun olub-olmadığını müəyyən etməlidir.

Etiraz aksiyalarının başlanmasından bəri 215 şagirdin yaralandığı bildirilir. Daxili işlər naziri hüquq-mühafizə qüvvələrini gücdən yalnız ciddi mütənasiblik prinsipinə uyğun istifadə etməyə çağırıb. Fransa Milli Assambleyasında aksiyalarda ictimai asayişin qorunması və insanların təhlükəsizliyi məsələləri ilə bağlı daxili işlər və milli təhsil nazirlərinin dinlənilməsi də planlaşdırılıb. Bundan əlavə, Milli Assambleyanın saytında nümayişlər zamanı xəsarət yetirə bilən silahların və ölümcül immobilizasiya üsullarının qadağan olunmasını tələb edən petisiya başladılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: