Tramp: Nobel Sülh Mükafatını almamağım komitənin nüfuzuna xələl gətirər

A- A A+

ABŞ Prezidenti Donald Tramp Nobel Sülh Mükafatına layiq görülməməsinin Norveç Nobel Komitəsi üçün böyük nüfuz itkisi olacağını bildirib.

NUHÇIXAN xəbər verir ki, o, komitənin onun kimi insanlara mükafat verməmək reputasiyasına malik olduğunu deyib.

Tramp Nobel mükafatına layiq olduğunu düşündüyü nailiyyətlərini sadalayaraq bildirib: “Mükafatı alıb-almamağımdan asılı olmayaraq, mən daha çox iş görmüşəm. Əgər məni qiymətləndirməsələr, düşünürəm ki, bu, onlar üçün böyük nüfuz itkisi olar”.

Prezident, həmçinin 2025-ci il laureatı, Venesuela müxalifət lideri Mariya Korina Maçadonun öz mükafatını ona təqdim etdiyini xatırladıb.

2026-cı il Nobel Sülh Mükafatının qalibi oktyabrın 9-da Osloda açıqlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: