Texasda bir nəfəri öldürməkdə təqsirli bilinən şəxs edam edilib

A- A A+

ABŞ-nin Texas ştatında 2000-ci ildə mağaza əməkdaşını öldürdüyünə görə məhkum edilmiş 46 yaşlı Camaal Hovardın ölüm hökmü icra edilib.

NUHÇIXAN "Associated Press"ə (AP) istinadən xəbər verir ki, edam oktyabrın 7-si axşam saatlarında inyeksiya yolu ilə baş tutub.

Məhkumun ölümü yerli vaxtla saat 20:03-də, preparat yeridildikdən 19 dəqiqə sonra təsdiqlənib.

Bu, 2026-cı ilin əvvəlindən bəri Texasda həyata keçirilən altıncı edamdır.

Qeyd olunub ki, Hovardın hökmü Tennessi ştatında Krista Paykın uğursuz edam cəhdindən sonra ABŞ-də icra edilən ilk hökm olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: