Çexiyanın Vltava və Elba çaylarında suyun səviyyəsi kəskin enib

A- A A+

Uzun sürən quraqlıq səbəbindən Çexiyanın mərkəzi hissəsində Vltava və Elba çaylarında su qıtlığı elan edilib.

NUHÇIXAN "ČTK" agentliyinə istinadən xəbər verir ki, bu qərarı Mərkəzi Çexiya vilayətinin quraqlıqla mübarizə komissiyası qəbul edib.

Su qıtlığı ilə əlaqədar səlahiyyətlilər 2027-ci il aprelin 30-dək Vltava çayındakı bəndlərdən suyun buraxılma həcmini azaltmaq qərarına gəliblər. Bu tədbirin iri su anbarlarında suyun səviyyəsinin enməsini ləngitməyə imkan verəcəyi gözlənilir.

Uzun sürən anomal istilər və bu il güclənən quraqlıq fonunda Çexiyada hidroloji vəziyyət əlverişsiz olaraq qalır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: