Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb

A- A A+

Oktyabrın 7-də Ukraynanın Priluki şəhərinə endirilən zərbə nəticəsində ölənlərin sayı 22 nəfərə çatıb. Ölənlər arasında beş uşaq var, 54-dən çox insan yaralanıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Məlumata görə, Prilukidə xilasedicilər bütün gecə boyu hündürmərtəbəli yaşayış binasının xarabalıqları arasında insanları axtarıblar.

Bir uşaq da daxil olmaqla on beş nəfər xilas edilib.

Axtarış tədbirləri davam edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: