NASA Mars şəfəqinin qeyri-adi görüntüsünü yayımlayıb

A- A A+

Amerika Birləşmiş Ştatlarının Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi Agentliyi (NASA) “Curiosity” aparatının çəkdiyi Mars şəfəqinin möhtəşəm və qeyri-adi görüntüsünü yayımlayıb.

NUHÇIXAN xəbər verir ki, şəkildə milyardlarla il əvvəl formalaşmış uca qaya quruluşlarını işıqlandıran Günəş şüaları görünür. Görüntü Günəşin Mars səthində doğmasından təxminən bir saat sonra çəkilib. Ərazidə külək və atmosfer təsirləri nəticəsində uzun zaman ərzində formalaşmış qayalı yamaclar yerləşir.

NASA bildirir ki, üfüqdə görünən qaya quruluşları aparatın indiyədək tədqiq etdiyi təbəqələrdən fərqli olan geoloji təbəqəyə aiddir. Onun ehtimalına görə, bu təbəqə küləklərin daşıdığı çöküntülərdən əmələ gəlib, daha sonra eroziya nəticəsində aşınıb və “Yardanq” adlanan silsiləvari təpələr formalaşdırıb.

Alimlərin hesablamalarına görə, bu təbəqə təxminən 3 milyard il əvvəl yaranıb və Marsın Qeyl kraterinin mərkəzində yerləşən Şarp dağının şimal-qərb kənarları boyunca təxminən 16 kilometr məsafəyə uzanır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: