Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

A- A A+

Husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına və Əbhə Beynəlxalq Hava Limanına təşkil etdiyi hücumlar nəticəsində 3 nəfər ölüb, 36 nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin məlumatına görə, Kral Xalid Beynəlxalq Hava Limanına edilən hücum nəticəsində 1 nəfər həyatını itirib, 8 nəfər yaralanıb.

Əbhə Beynəlxalq Hava Limanının ərazisindəki obyektlərə yönələn hücum nəticəsində isə 2 nəfər ölüb, 28 nəfər xəsarət alıb.

“Reuters” agentliyinin məlumatına görə, hücumlar oktyabrın 6-da və 7-də həyata keçirilib.

Xatırladaq ki, son günlər Yəmənin qərbinə nəzarət edən husi qruplaşması ilə Səudiyyə Ərəbistanının dəstəklədiyi qüvvələr arasında qarşıdurmalar intensivləşib. Toqquşmalar nəticəsində 200 mindən çox yəmənli evlərini tərk etməyə məcbur olub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: