“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

A- A A+

Böyük Britaniyanın onlayn moda platforması “Asos” kiberhücum nəticəsində müştərilərinə aid genişhəcmli şəxsi məlumatların hakerlərin əlinə keçdiyini bildirib.

NUHÇIXAN BBC-yə istinadla xəbər verir ki, şirkət əvvəlcə yalnız əsas əlaqə məlumatlarının ələ keçirilmiş ola biləcəyini açıqlasa da, sonradan məlumat sızmasının daha geniş miqyasda olduğu məlum olub. Hakerlərin müştərilərin adları, ünvanları, telefon nömrələri, elektron poçt ünvanları və müştəri nömrələri ilə yanaşı, onların “Asos” saytında apardıqları axtarışlar barədə məlumatları da əldə etdiyi bildirilir. Mütəxəssislər bu məlumatların dələduzlar tərəfindən daha inandırıcı fişinq məktubları və saxta telefon zəngləri hazırlamaq üçün istifadə oluna biləcəyi barədə xəbərdarlıq edirlər.

“Asos” müştərilərinə göndərdiyi məktubda məlumat profillərinin oğurlandığını təsdiqləyib, lakin bank rekvizitləri və parolların ələ keçirilmədiyini bildirib. Şirkət müştəriləri “Asos” adından göndərilən gözlənilməz mesaj və zənglərə qarşı diqqətli olmağa çağırıb.

Qeyd olunub ki, şirkət heç vaxt istənilməyən mesaj və ya zəng vasitəsilə parol, təhlükəsizlik kodu və ya ödəniş məlumatı tələb etmir. “Asos” məlumat sızmasının neçə müştəriyə təsir etdiyi barədə açıqlama verməyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: