“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

A- A A+

Cənubi Koreyanın texnologiya nəhəngi “Samsung Electronics”in ilin 3-cü rübündəki əməliyyat gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 782,5 faiz artaraq 107,4 trilyon vona (təxminən 80,2 milyard ABŞ dollar) çatıb.

NUHÇIXAN şirkətin açıqlamasına istinadla xəbər verir ki, bu, “Samsung Electronics”in tarixində rekord rüblük artımdır. Şirkət ötən ilin dördüncü rübündən bəri davam edən rekord göstəricilər seriyasını qoruyub saxlayıb.

Üçüncü rübdə şirkətin ilkin gəliri də illik müqayisədə 126,6 faiz artaraq 195 trilyon vona çatıb. “Samsung Electronics” bu göstərici üzrə də ardıcıl 4-cü rübdür ki, öz rekordunu yeniləyib.

Süni intellekt sistemlərində istifadə olunan yarımkeçiricilərə olan kəskin tələbat fonunda şirkətin əməliyyat mənfəəti marjası rekord səviyyəyə – 55,1 faizə çatıb. Xalis mənfəət və hər bir biznes bölməsi üzrə ətraflı maliyyə göstəriciləri bu ayın sonunda açıqlanacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: