Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

A- A A+

Qara dənizdə ticarət gəmisinin batması nəticəsində 9 suriyalı və 1 misirli dənizçi itkin düşüb.

NUHÇIXAN Suriya mediasına istinadla xəbər verir ki, gəmi Bolqarıstana aid iqtisadi zonada pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qaldıqdan sonra batıb.

“France-Presse”in məlumatına görə, Toqo bayrağı ilə üzən gəmi heyətində 10 dənizçi olub, onların hamısı itkin düşüb.

Bildirilir ki, Suriya Sərhəd Keçidləri və Gömrük Baş İdarəsi Beynəlxalq Dəniz Təşkilatına və Bolqarıstan Dənizçilik İdarəsinə təcili rəsmi nota göndərərək, hadisənin səbəblərinin şəffaf və müstəqil şəkildə araşdırılmasını, itkin dənizçilərin tapılmasına dəstək göstərilməsini və təqsirkarların müəyyənləşdirilməsini tələb edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: