ABŞ dövlət katibi Marko Rubio hesab edir ki, hazırda Rusiya-Ukrayna münaqişəsinin danışıqlar yolu ilə nizamlanması perspektivləri görünmür.
NUHÇIXAN xəbər verir ki, bu barədə Rubio "Kathimerini" nəşrinə bildirib.
Onun sözlərinə görə, hazırda tərəflər təhlükələrlə dolu "strateji dalan"dadırlar.
M.Rubio bildirib ki, hazırda danışıqlar yolu ilə nizamlanma perspektivləri görünmür, lakin ABŞ bu məqsədə nail olmaq üçün hər hansı mümkün rolu oynamağa hazırdır:
"Biz keçmişdə cəhd etmişdik, lakin rusiyalılar Donetsk üzərində tam nəzarəti şərt kimi irəli sürdükləri və Ukrayna bunu qəbuledilməz sayaraq rədd etdiyi üçün hələlik bu məqsəd əlçatmaz olaraq qalır. Biz eyni zamanda eskalasiya ehtimalını böyük narahatlıqla izləyərək, diplomatik həllin əldə olunmasında konstruktiv rol oynamağa hazırıq".
ABŞ-nin dövlət katibi həmçinin Qara dənizdə gəmilərə edilən son hücumlarla bağlı narahatlığını ifadə edib.
