Ukrayna nümayəndə heyəti oktyabrın 9-10-da ABŞ-də danışıqlar aparacaq.
NUHÇIXAN Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
"Danışıqlar komandamız bu gün Avropadadır, sabah və biri gün ABŞ-də olacaq və ümid edirəm ki, bütün müvafiq siqnallar ABŞ-yə çatdırılacaq", – Zelenski deyib.
Zelenski həmçinin ABŞ Prezidenti Donald Trampı Rusiyaya qarşı siyasi və iqtisadi təzyiqləri gücləndirməyə çağırıb.
