İran uzunmüddətli hərbi əməliyyatların ehtiyaclarını ödəmək üçün kifayət qədər silah istehsal etmək imkanına malikdir.
NUHÇIXAN xəbər verir ki, bunu İran Müdafiə Nazirliyinin sözçüsü Rza Talaei-Nik dövlət televiziyasına müsahibəsində bildirib.
Onun sözlərinə görə, ABŞ-yə qarşı hərbi əməliyyatlar zamanı silah istehsalının həcmi 2,5 dəfə artıb. O, həmçinin hərbi istehsalın fasiləsizliyini təmin etmək üçün ehtiyat istehsal sahələrinin yaradıldığını qeyd edib.
Talaei-Nik bildirib ki, təxminən 9 min şirkət hərbi istehsala cəlb olunub. İran ilk növbədə öz müdafiə ehtiyaclarını ödəməyi, artıq məhsulları isə ixrac etməyi planlaşdırır.
