İlon Mask "SpaceX"in dünya iqtisadiyyatından qiymətli ola biləcəyini güman edir

A- A A+

Amerikalı sahibkar İlon Mask hesab edir ki, onun "SpaceX" kosmik şirkətinin gələcək dəyəri hazırkı dünya iqtisadiyyatın həcmindən dəfələrlə çox ola bilər.

NUHÇIXAN-ın məlumatına görə, milyarder bunu "X" sosial şəbəkəsində yazıb.

"Bu, tamamilə ağılsız səslənəcək, amma mən "SpaceX"in hazırkı dünya iqtisadiyyatından qat-qat çox dəyərli olacağı bir yol görürəm", - Mask bildirib.

Lakin sahibkar müqayisə üçün hansı iqtisadi göstəricidən istifadə etdiyini dəqiqləşdirməyib.

Dünya Bankının məlumatına görə, 2025-ci ildə ümumi qlobal ümumi daxili məhsul (ÜDM) 118,35 trilyon dollar olacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: