Husilərin cümə axşamı Ər-Riyadda yerləşən Kral Xalid Beynəlxalq Hava Limanına endirdiyi zərbələr nəticəsində Səudiyyə Ərəbistanının "Saudia Airlines" milli aviaşirkətinin pilotu Həmüd bin Əli əl-Qəltami və ya daha iki ölkə vətəndaşı həlak olub.
NUHÇIXAN xəbər verir ki, bu barədə aviaşirkətin məlumatında bildirilir.
Məlumata görə, ümumilikdə biri hava limanının infrastrukturuna, ikincisi isə "Saudia Airlines" təyyarəsinə olmaqla iki zərbə endirilib. Zərbə zamanı dayanacaqda olan təyyarənin göyərtəsində sərnişin olmayıb.
Həmçinin aralarında xarici vətəndaşların da olduğu bir neçə zərərçəkənin olduğu bildirilir. Xəsrət alanlar lazımi tibbi yardım göstərilməsi üçün dərhal xəstəxanaya çatdırılıb.
Zərbəyə görə məsuliyyəti Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) öz üzərinə götürüb. Qruplaşma nümayəndələri zərbəni ballistik raketlərlə endirdiklərini bəyan ediblər.
Aviaşirkət hava limanının işinin bərpa edildiyini və hava hərəkətinin normal rejimə qayıtdığını bildirib.
