Malayziyada toz dumanı səbəbindən məktəblər bağlanır

A- A A+

Malayziyada toz dumanı səbəbindən hava keyfiyyətinin pisləşməsi ilə əlaqədar məktəblərin bağlanması tədbirləri paytaxt Kuala-Lumpur və Putracaya inzibati zonası ilə yanaşı, bir sıra ştatları da əhatə edəcək.

NUHÇIXAN xəbər verir ki, Malayziya Təhsil Nazirliyinin Hava Çirkliliyi İndeksi (API) göstəricisi 180-dən yüksək olan ərazilərdə məktəblər oktyabrın 9-dan etibarən bağlanıb. Ardıcıl 3 gün ərzində API göstəricisi 150-dən yüksək olan ərazilərdəki məktəblər isə oktyabrın 12-dən etibarən bağlanacaq.

Ölkənin hava keyfiyyəti təsnifatına görə API göstəricisinin 0-50 arası olması yaxşı, 51-100 arası orta, 101-200 arası sağlamlığa zərərli, 201-300 arası çox zərərli, 301 və daha yuxarı olması isə təhlükəli hesab edilir. Son məlumata əsasən, Malayziya yarımadasının əksər ərazilərində sağlamlığa zərərli göstəricilər qeydə alınıb, xüsusilə qərb sahilində yerləşən Selanqor, Cohor və Neqeri-Sembilan ştatları bu vəziyyətdən daha çox təsirlənib.

Havanın çirklənməsinin səbəbi olaraq qonşu İndoneziyadakı meşə yanğınları göstərilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: