Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

A- A A+

Bu gün İtaliyanın Siciliya adasının qərbindəki Marsala yaxınlığında sahildə nadir ikili su tornadosu yaranıb.

NUHÇIXAN "Euronews"a istinadən xəbər verir ki, daha sonra tornado quruya doğru irəliləyib və binalara, avtomobillərə, kənd təsərrüfatı sahələrinə ziyan vurub.

Bir neçə nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Fövqəladə hallar xidmətləri təbii fəlakətin nəticələrinin aradan qaldırılması ilə məşğuldur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: