Rostov vilayətinə dron hücumu nəticəsində altı nəfər yaralanıb və iki gəmiyə ziyan dəyib

A- A A+

Rusiyanın Rostov vilayətinə gecə saatlarında dron hücumu nəticəsində altı nəfər yaralanıb. Azov dənizində iki gəmiyə ziyan dəyib; ilkin məlumatlara görə, gəmidə ölən və ya xəsarət alan yoxdur.

NUHÇIXAN xəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Yuri Slyusar məlumat verib.

O bildirib ki, gecə ərzində bölgədə 100-dən çox dron məhv edilib və ya ələ keçirilib. Altı yaralı şəxs tibbi yardım üçün müraciət edib.

Rostov-Donda bir neçə mənzil binası və fərdi ev müxtəlif növ ziyana məruz qalıb, Batayskda isə boş yeni binaya ziyan dəyib.

Qubernator qeyd edib ki, təcili yardım xidmətləri hadisə yerində işlərini davam etdirir. Yanğınsöndürənlər sənaye anbarlarında baş verən yanğını söndürmək üçün çalışırlar.

Yuri Slyusar, həmçinin bildirib ki, əvvəllər zərər çəkmiş dəmir yolu körpüsündə qatar xidməti tam bərpa olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: