ABŞ-nin Alabama və Florida ştatlarında "İsaías" qasırğasının sahilə yaxınlaşması fonunda 170 mindən çox abonent elektrik enerjisiz qalıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "PowerOutage" monitorinq xidmətinin məlumatlarında bildirilib.
Bakı vaxtı ilə saat 02:30-a olan məlumata görə, Alabama ştatında 68,8 min, Floridada isə 93,8 min abonentin elektrik təchizatında fasilələr yaranıb.
Bundan başqa, Luiziana ştatında 3,4 min, Missisipi ştatında isə 4,4 min abonent işıqsız qalıb. Meteoroloqların proqnozlarına əsasən, bu ştatlar da qasırğanın təsir dairəsinə düşə bilər.
ABŞ-ın Milli Qasırğa Müşahidə Mərkəzinin (NHC) məlumatına görə, "İsaías" qasırğası Florida ştatının Pensakola şəhərindən təxminən 145 kilometr cənubda yerləşir.
Qasırğa zonasındakı küləyin şiddətli ani güclənmələri saniyədə 50 metri ötür.
