Oktyabr ayının əvvəlindən bəri Hörmüz boğazında və ətraf ərazilərdə 11 ticarət gəmisinə hücum edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Böyük Britaniya Dəniz Ticarət Ofisi (UKMTO) məlumat yayıb.
Hücumların həm İran, həm də ABŞ tərəfindən həyata keçirildiyi bildirilib.
Pentaqonun məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələri blokadanı pozan və ya İrana hərbi yardım göstərən gəmilərə zərbələr endirib.
O da bildirilir ki, gəmilərə hücumların davam etməsinə baxmayaraq, daşıma həcmləri artıb. Yaxın Şərqdən xam neft ixracı müharibədən əvvəlki səviyyələrə yaxınlaşır.
