Yəmən və Səudiyyə Ərəbistanı BMT Təhlükəsizlik Şurasını husilərə qarşı tədbir görməyə çağırıb

A- A A+

Yəmənin BMT-dəki daimi nümayəndəsi Abdullah Əli Fadhel Əs-Sədi bildirib ki, beynəlxalq səviyyədə tanınmış Yəmən hökuməti BMT Təhlükəsizlik Şurasını husilərə qarşı qətiyyətli və praktik tədbirlər görməyə çağırır.

NUHÇIXAN Əl-Cəzirə telekanalına istinadən bildirir ki, əl-Sədi əsl sülhün, çevrilişə son qoyan və ölkənin milli əraziləri üzərində dövlət qurumlarının nəzarətini bərpa edən bir sülh olduğunu qeyd edib.

Səudiyyə Ərəbistanı da, həmçinin BMT Təhlükəsizlik Şurasını Yaxın Şərqdə sürətlə pisləşən vəziyyətə reaksiya verməyə çağırıb.

Səudiyyə Ərəbistanının BMT-dəki daimi nümayəndəsi Əbdüləziz əl-Vasil BMT Təhlükəsizlik Şurasının iclasında bildirib ki, mülki əhaliyə qarşı artan hücumlar, Qırmızı dənizdə və Bab əl-Məndəb boğazında naviqasiyaya qarşı davam edən təhdidlər və bunun nəticəsində Yəməndə və regiondan kənarda yaranan nəticələr beynəlxalq sülhə və təhlükəsizliyə mənfi təsir göstərir. “Ər-Riyad Yəmənin təhlükəsizliyinə və ya naviqasiya azadlığına təhdidlər üçün tramplin olmasına imkan verməyəcək.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya qüvvələrinin husiləri Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərdən tamamilə qovduğu bildirilmişdi. Husilər isə bu məlumatı təkzib edirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: