Rusiyada ayılar 25 nəfərin həyatına son qoyub

A- A A+

İlin əvvəlindən bəri Rusiyada təxminən 25 nəfər ayı hücumlarının qurbanı olub.

NUHÇIXAN TASS agentliyinə istinadla xəbər verir ki, Rusiyada ayı hücumları bu il daha çox Krasnoyarsk diyarında qeydə alınıb. Hesablamalarına görə, burada yeddi nəfər ayıların hədəfinə çevrilib.

Son illərdə Sibirdə və Uzaq Şərqdəki meşələrdə ayı populyasiyası xeyli artıb və bu il tayqada məhsuldarlıq zəif olub. Yem qıtlığı ac yırtıcıları insanların məskunlaşdığı ərazilərə daha tez-tez yaxınlaşmağa məcbur edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: