Latın Amerikası və Karib Hövzəsi İnkişaf Bankı Panamaya 250 min dollar ayırıb

A- A A+

Latın Amerikası və Karib Hövzəsi İnkişaf Bankı (CAF) oktyabrın 9-da baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması üçün Panamaya 250 min dollar həcmində əvəzsiz yardım ayırıb.

NUHÇIXAN-ın məlumatına görə, bu barədə bankın "X" sosial şəbəkəsindəki paylaşımında bildirilib.

"CAF zəlzələnin səbəb olduğu fövqəladə vəziyyətin nəticələrinin aradan qaldırılması üçün Panamaya 250 min dollar həcmində əvəzsiz yardım ayırıb", - deyə məlumatda qeyd olunub.

Bundan əlavə, bank təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə Panamaya 50 milyon dollaradək kredit xəttindən istifadə imkanı yaradıb.

Bildirilib ki, vəsaitlər Panama hakimiyyətinin müəyyən etdiyi ilkin ehtiyacların qarşılanmasına yönəldilə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: