ABŞ-nin cənub-şərqində 860 mindən çox insan bu mövsümün ilk Atlantik qasırğası olan "İsayas" səbəbindən elektriksiz qalıb.
NUHÇIXAN "The Guardian"a istinadən xəbər verir ki, təbii fəlakət ən çox Alabama və Floridanın şimal-qərb hissəsinə təsir edib.
Qasırğa oktyabrın 9-da gecə saatlarda Florida ştatının Destin şəhəri yaxınlığında quruya tərəf irəliləyib. Küləyin maksimal davamlı sürəti saatda təxminən 169 km-ə çatıb.
"PowerOutage.us"un məlumatına görə, Florida və Alabamada 750 mindən çox insan elektrik təchizatından məhrum olub. Siklonun cənub-şərq ştatlarına doğru irəliləməsi ilə işıqsız qalanların ümumi sayı 860 mini ötüb.
"İsayas" oktyabrın 7-si axşam saatlarında güclənərək qasırğa səviyyəsinə çatıb və 2026-cı il mövsümünün ilk Atlantik qasırğası olub.
