Baş nazir: Gürcüstanda yanacağın qiymətinin artımı dünyada baş verən proseslərlə əlaqədardır

A- A A+

Gürcüstanda son bir ildə benzinin qiyməti 30 faizdən çox, dizel yanacağının qiyməti isə 55 faizdən çox artıb.

NUHÇIXAN xəbər verir ki, dizel yanacağının qiyməti oktyabrın 9-da rekord həddə çatıb - 1 litri 5 lariyə satılıb. Bu isə sürücülərə və müəssisələrə ağır zərbə vurur. Artıq gündəlik istehlak mallarının qiymətlərində nəzərəçarpacaq artım müşahidə olunur.

Azad Biznes Assosiasiyası hökumətdən bir neçə başqa ölkədə olduğu kimi, ən azı müvəqqəti olaraq bir neçə ay ərzində yanacağa tətbiq edilən aksiz vergilərini təcili olaraq azaltmağı tələb edir.

Gürcüstan Milli Statistika Xidmətinin məlumatına görə, yanacağın qiymətlərinin artması fonunda nəqliyyat daşınmalarında qiymətlər 18,7 faiz artıb və bu da ölkə iqtisadiyyatına inflyasiya təzyiqini artırır.

Baş nazir İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib ki, yanacağın qiyməti təkcə Gürcüstanda deyil, dünyanın əksər ölkələrində baş verir. Qiymət artımı əsasən Yaxın Şərqdə və dünyada gedən proseslər, xüsusən də müharibələrlə əlaqədardır. Onun sözlərinə görə, yanacağın, xüsusən də dizel yanacağının qiymətinin düşəcəyi gözlənilir. Əgər bu baş verməsə, hökumət qiymət artımının qarşısını almaq barədə düşünə bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: