Səudiyyə Ərəbistanında hava limanına raket hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb

A- A A+

Səudiyyə Ərəbistanının paytaxtı ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına raket hücumu nəticəsində 12 nəfər ölüb, 309 nəfər yaralanıb.

NUHÇIXAN xəbər verir ki, məlumata görə, husilərin atdığı raket hava limanının 3 saylı terminalının yaxınlığına düşüb.

Daha bir mərmi isə ölkənin şərqində yerləşən Dammam şəhərindəki hava limanının yaxınlığına düşüb.

Hücum nəticəsində həlak olanların 4-ü Səudiyyə Ərəbistanı vətəndaşı, 8-i isə ölkədə yaşayan əcnəbilərdir.

Həlak olan əcnəbilərdən ikisinin Banqladeş, digərlərinin isə ABŞ, Misir, İordaniya, Suriya, Fələstin və Sudan vətəndaşları olduğu qeyd edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: