ABŞ və Britaniya vətəndaşlarını Səudiyyə Ərəbistanına səfərlərlə bağlı ehtiyatlı olmağa çağırıb

A- A A+

ABŞ və Böyük Britaniya hakimiyyətləri Səudiyyə Ərəbistanında, o cümlədən Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumlardan sonra vətəndaşlarına təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə ediblər.

NUHÇIXAN xəbər verir ki, ABŞ Dövlət Departamenti ölkədəki hava limanlarından istifadə zamanı ehtiyatlı olmağa, uçuşların ləğvi və hava məkanının bağlanması ehtimalını nəzərə almağa çağırıb.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi isə vətəndaşlarına təhlükəsizlik vəziyyəti aydınlaşanadək Kral Xalid Beynəlxalq Hava Limanına getməməyi, həmçinin Ciddə və Dammam şəhərlərinə zəruri olmayan səfərlərdən çəkinməyi tövsiyə edib.

Məlumata görə, son hücumlar nəticəsində hava limanında ölən və yaralananlar olub, uçuşlarda gecikmələr və ləğvlər qeydə alınıb. Ər-Riyad hava limanının fəaliyyətinin müvəqqəti dayandırıldığı bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: