İraqın Baş naziri Əli əl-Zeydi oktyabrın 14-də Səudiyyə Ərəbistanına səfər edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə “Shafaq News” məlumatlı mənbələrə istinadla bildirib.
Məlumata görə, səfər çərçivəsində İraq hökumətinin başçısı daha sonra Küveytə də gedəcək. İyul ayına planlaşdırılan əvvəlki səfər Səudiyyə Ərəbistanının İraq ərazisindəki bir sıra hədəflərə zərbələrindən sonra təxirə salınmışdı.
Həmin hücumlar nəticəsində İraqın “Əl-Həşd əş-Şəabi” şiə silahlı birləşməsinin 20 üzvü həlak olmuş, 30-dan çoxu yaralanmışdı.
Tərəflər qarşıdakı səfərlə bağlı hələlik rəsmi açıqlama verməyiblər.
