BVF: Süni intellekt dünya üzrə iş yerlərinin 40 faizinə təsir edəcək

A- A A+

Süni intellekt texnologiyalarının inkişafı dünya üzrə iş yerlərinin təxminən 40 faizinə təsir göstərəcək.

NUHÇIXAN xəbər verir ki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) idarəedici direktoru Kristalina Georgiyeva Banqkokda keçirilən BVF və Dünya Bankının payız iclasında bildirib.

Onun sözlərinə görə, süni intellekt əmək bazarını köklü şəkildə dəyişdirəcək, bəzi iş yerlərini yeni texnologiyalarla tamamlayacaq, digərlərini isə sıradan çıxaracaq.

Georgiyeva inkişaf etməkdə olan ölkələrdə iş yerlərinin 23 faizinin süni intellektdən təsirlənəcəyinin gözlənildiyini qeyd edib.

BVF rəhbəri hökumətləri təhsil sistemini yenidən nəzərdən keçirməyə və təhsilə diqqət yetirməyə çağırıb. O, həmçinin süni intellektin əmək bazarında yaratdığı dəyişikliklərin dövlətlərin vergi gəlirlərinə təsir göstərə biləcəyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: