“Kopernik”: El-Nino səbəbindən dünya okeanında temperatur rekord səviyyəyə çatıb

A- A A+

Yer kürəsini uzaq məsafədən zondlama və xəritəçəkmə xidməti “Kopernik”ə görə, sentyabrda qlobal okean səthinin orta temperaturu 21,05 dərəcə Selsi olub ki, bu da rekord göstəricidir.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, “Kopernik”in hesabatında deyilir: “2026-cı ilin sentyabrında qütb olmayan okean səthinin orta temperaturu ən yüksək göstərici olub və 2023-cü ilin sentyabrında müəyyən edilmiş 20,92 dərəcə Selsi rekordunu keçib. El-Nino fenomeninin gücləndiyi tropik Sakit okeanda suyun temperaturu olduqca isti olaraq qalır və onun qarşıdakı aylarda da yüksəlməyə davam edəcəyi gözlənilir”.

Meteoroloqlar əlavə ediblər ki, El-Nino zonasında dəniz temperaturu 29,7 dərəcə Selsiyə çatıb ki, bu da bütün dövrlərin rekordudur və fenomenin xüsusilə intensiv olduğu 1982-1983, 1997-1998 və 2015-2016-cı illərin səviyyələrini keçib. “Kopernik” qeyd edib: “El-Nino parametrləri ekvatorial Sakit Okeanda güclənməyə davam edib və bu, çox güman ki, tarixdə ən şiddətli iqlim hadisəsinə səbəb olacaq”.

Sentyabrda havanın qlobal orta temperaturu 16,26 dərəcə Selsi olub. Bu, tarixdə qeydə alınan ikinci ən yüksək sentyabr temperaturudur; yalnız 2023-cü ilin sentyabr ayında (16,38 dərəcə Selsi) ilin bu vaxtında müşahidə olunan daha yüksək temperatur qeydə alınıb. Həmçinin temperatur sənayedən əvvəlki orta səviyyədən 1,63 dərəcə Selsi yüksək olub. Beləliklə, ardıcıl iki aydır ki, havanın temperaturu 2025-ci ilin noyabr ayından bəri ilk dəfə sənayedən əvvəlki dövr səviyyələrini 1,5 dərəcədən çox üstələyib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: