Kobaxidze Aİ-nin Gürcüstandakı səfirinə xəbərdarlıq edib

A- A A+

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa İttifaqının (Aİ) Tbilisidəki səfiri Pavel Herçinskiyə Kaxetidə keçirilən tədbirdəki davranışına görə xəbərdarlıq edib.

NUHÇIXAN "Report"a istinadən xəbər verir ki, Gürcüstanın hökumət başçısı bu barədə keçirdiyi brifinqdə danışıb.

İ.Kobaxidze səfirin qeyd olunan tədbirdəki hərəkətlərini Vyana Konvensiyasının pozulması kimi qiymətləndirib:

"Bir deyimi xatırlatmaq istərdim: davadan sonra əl sıxmaq olmaz. Həmçinin cənab Herçinskiyə xatırlatmaq istərdim ki, seçkilərdə məğlub olduqdan sonra "Ole Ola" mahnısını oxumurlar. Bu, mənim ona mesajımdır".

Gürcüstanın Baş naziri həmçinin Aİ-nin bir sıra rəsmilərini Tbilisi ilə münasibətlərdə Avropanın obyektiv maraqlarına uyğun davranmamaqda ittiham edib.

Baş nazirin sözlərinə görə, Aİ daxilində Gürcüstanın siyasi və iqtisadi əhəmiyyətini yaxşı anlayan ölkələr olsa da, bəzi avropalı bürokrat və siyasətçilər Tbilisiyə yanaşmada başqa qüvvələrin təsiri altında hərəkət edirlər.

"Biz Avropa bürokratiyasının gürcü xalqına hücumlarına öyrəşmişik. Bu, ölkəmizə qarşı növbəti hücumdan başqa bir şey deyil və çox təəssüf doğurur", - Kobaxidze qeyd edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: